Bakı sakini ölümcül döyülüb

Bakının Binəqədi rayonunda döyülmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, 9-cu mikrorayonda 1982-ci il təvəllüdlü Rzayev İqbal İbrahim oğlu tanımadığı iki şəxslə əlbəyaxa dava edib.

Həmin şəxslər İ.Rzayevi ölümcül döyüblər. O, ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşları araşdırma aparır.

    Oxunma sayı (4)

Pin It

Şərh üçün bağlıdır.