Bakıda tələbə intihar etdi – FOTO

Bakıda universitet tələbəsi intihar edib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft mühəndisliyi ixtisasının IV kurs tələbəsi Ramiz Şahmalıyev özünü asıb.

Ramiz Şahmalıyev 1996-cı ildə Bakı şəhərində doğulub.

Hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.
5

2

6

7

4

    Oxunma sayı (7)

Pin It

Şərh üçün bağlıdır.