Sumqayıtda fəhlə işlədiyi binanın 2-ci mərtəbəsindən yıxılaraq ölüb

Sumqayıt şəhərində fəhlə işlədiyi binadan yıxılaraq ölüb.

“Report”un Sumqayıt -Abşeron bürosunun verdiyi məlumata görə, hadisə şəhər ərazisində yeni tikililərin birində baş verib.

Belə ki, təqribən, 45-50 yaşlarında kişi, işlədiyi binanın ikinci mərtəbəsindən yıxılaraq ölüb. Hazırda onun kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

    Oxunma sayı (5)

Pin It

Şərh üçün bağlıdır.