Azərbaycanlı icra başçısı işə avtobusla gedir (FOTO)

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı Temur Abazov sadə həyat tərzi ilə diqqət çəkir.

Regionxeberleri.com-un BAKU.WS-ə istinadən məlumatıa görə, Temur Abazov işə və evinə daha çox ictimai nəqliyyat vasitəsi ilə gedir. İcra başçısının xalqın içində olması Gürcüstanda təqdirə layiq addım olaraq qəbul edilir.

Qeyd edək ki, Teymur Abbasov 1981-ci il dekabrın 2-də anadan olub.

2003-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib;

2003-cü ildə Türkiyənin Ankara şəhərində, Türkiyə Cümhuriyyətinin Elmi Təhlükəsizlik Akademiyasını bitirib;

2004-cü ildə Gürcüstan Daxili İşlər Nazirliyində Xüsusi Tapşırıqlar İdarəsinin, Xüsusi Tapşırıqlar Müfəttişi vəzifəsində çalışıb;

2005-ci ildə Cəza İstintaq İşləri Baş İdarəsinin, Təşkilatlı Cinayət ilə Mübarizə Xidmətinin Üçüncü Şöbəsinin Müfəttişi vəzifəsində çalışıb;

2005-ci ildə MMC “JTI”-nin, Azərbaycan Respublikasında Gürcüstan nümayəndəsi olub;

2006-cı ildə Gürcüstan Parlamentinin kadr məsələləri departamentinin əməkdaşı olub;

2006–2007 ci illərdə „ANADOLU” Türkiyə Dövlət İnformasiya Agentliyinin Gürcüstandakı nümayəndəsi olub;

2007–2011 ci illərdə MMC “Elita Bürc”də Marketinq Xidmətinin Meneceri kimi çalışıb;

2011–2015 ci illərdə MMC “Elita Bürc”də Marketinq Xidmətinin Rəhbəri kimi çalışıb;

2012-ci ildə MMC”Qlobal Kontrakt Konsaltinq”-in Layihə Rəhbərinin Müşaviri və Xüsusi Qərargahın Rəhbəri olub;

2013-cü ildə “Gürcü Arzusu” koalisiyasının Marneuli Seçki Qərargahının sədri olub;

2015-ci ildə Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi Departamentində Xüsusi Tədbirlərin Təmini İdarəsi Şöbəsinin Baş Mütəxəssisi olub;

2015–2017 ci illərdə Mərkəzi Kriminal Polisi Departamentinin Beynəlxalq Cinayyətlərə Qarşı Mübarizə Əməkdaşlıq Mərkəzi İdarəsinin Rəhbəri/Azərbaycan Respublikasında Polis Attaşesi;

Azərbaycan, gürcü, türk, rus və ingilis dillərini bilir;

Ailəlidir, üç övladı var

    Oxunma sayı (18)

Pin It

Şərh üçün bağlıdır.