Prezidentin təyin etdiyi yeni başçı kimdir? – DOSYE

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Rövşən İbrahimovla bağlı nəhayət, vikipedik məlumatlar bəlli olub.

19 mayda kollektivə təqdim edilən R.İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirərək “inşaat mühəndisliyi” ixtisasına yiyələnib.

1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1991-ci ildən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestində iş icraçısı olaraq başlayıb. ARDNŞ-də (SOCAR) müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışıb.

2011-2018-ci illərdə ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamenitinin rəisi vəzifəsində işləyib.

Prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, R.İbrahimov Prezident İlham Əliyevin 18 may 2018-ci il tarixli Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.

    Oxunma sayı (28)

Pin It

Şərh üçün bağlıdır.