Qatar traktoru vurdu: 3 yaralı

Bərdədə qatarla traktorun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb

APA-nın Qarabağ bürosunun xəbərinə görə, xəsarət alanların traktorda olan Bərdə rayonu Nazırlı kənd sakinləri – 1975-ci il təvəllüdlü Bağırov Zabil Vəli oğlu, onun qardaşı, 1969-cu il təvəllüdlü Bağırov Qabil Vəli oğlu və Şatırlı kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Fəxri Tofiq oğlu olduğu bildirilir.

Traktorun sürücüsü olan Z.Bağırovun ayaqları amputasiya olunub.

Hadisə Bərdədə məcburi köçkünlər üçün salınmış qəsəbə ərazisində baş verib.

Faktla bağlı araşdırma aparılır.

    Oxunma sayı (35)

Pin It

Şərh üçün bağlıdır.