Bayılda dörd ev dağılıb

Səbail rayon İcra Hakimiyyəti (RİH) Bayıldakı sürüşmə ilə bağlı məlumat yayıb.

İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, mayın 15-də saat 20:00 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeralti proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman iki fərdi yaşayış evi tam, ikisi isə qismən dağıntılara məruz qalıb.

Daha 20 fərdi ev də təhlükəli ərazidədir.

Qeyd olunmalıdır ki, bu ərazidəki mövcud yaşayış və digər tikililər hələ sovet hakimiyyəti illərində, əsas etibarilə keçən əsrin 50-ci illərində tikilib.

Onların əksəriyyəti bir mərtəbəli, möhkəm təməli olmayan, uzun illər istismar olunduğundan resursları tükənmiş evlərdir. Evlərin böyük əksəriyyəti Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır.

    Oxunma sayı (5)

Pin It

Şərh üçün bağlıdır.