Fələstində etiraz aksiyalarının “simvolu” öldürüldü – FOTO

Qəzza zolağında İsrail ordusu ilə qarşıdurmada ölən fələstinlilərin sayı 59-a çatıb, minlərlə yaralı var.

Oxu.Az “Sabah” qəzetinə istinadla xəbər verir ki, ölənlər arasında etiraz aksiyalarına əlil arabasında qatılan müsəlman gənc də olub.

Fadi Əbu Salah adlı gənc Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı keçirilən etiraz aksiyalarının “simvolu” olub.

29 yaşlı Fadi 2014-cü il martın 30-da İsrail hava hücumları zamanı ayaqlarını itirib.

Qeyd edək ki, fələstinlilər Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı etiraz aksiyaları keçirir. Qəzza zolağında vəziyyətin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası təcili iclasını çağırıb. Ölənlərin xatirəsinə hörmət əlaməti olaraq Türkiyədə üç günlük matəm elan olunub.
fel1

fel2

fel3

fel4

    Oxunma sayı (6)

Pin It

Şərh üçün bağlıdır.