Yeni doğulan 2 körpə eyni vaxtda öldü – Sabirabadda

Sabirabadda iki körpə doğuşdan bir neçə saat sonra ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayon mərkəzi xəstəxanasının doğum şöbəsində gecə radələrində yeni doğulan 2 körpə doğuşdan sonra ölüb. Saatlı rayonu Yeni novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızının gecə saatlarında doğulan oğlan cinsindən olan körpəsi səhər saatlarında ölüb. Elə həmin saatlarda Sabirabad rayonunun Əsgərbəyi kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızının dünyaya gətirdiyi qız körpəsi də bir neçə saat qaldıqdan sonra ölüb. Doğulan körpələrin hansı səbəbdən öldüyü hələlik məlum deyil. Uşaqların valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Uşaqların meyiti Sabirabad Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya mərkəzinə müayinə olunmaq üçün yerləşdirlib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

    Oxunma sayı (6)

Pin It

Şərh üçün bağlıdır.