İki nəfəri öldürən polis oğlu yenidən məhkəmə qarşısında – FOTO

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Arif Rəhimovun CM-nin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Oxu.Az-ın məlumatına görə, ötən il sentyabrın 7-də Səbail rayonu ərazisində Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan, Bakı şəhər sakini Seymur Məmmədova məxsus “Toyota” markalı avtomaşına vurub, daha sonra idarəetməni itirərək Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.

Nəticədə F. Məmiyev (1971-ci il təv.) və sərnişini Kamal Məmmədov (1966-cı il təv.) hadisə yerində ölüb, onun digər iki sərnişini, həmçinin A. Rəhimov və onun bir sərnişini Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra, o ambulator müalicəyə buraxılıb.

Məlum olub ki, o, Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs altı il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Məhkum hökmdən apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı barədə müvafiq məlumat veriləcək.
bea61002-d4b2-432b-9d93-4576a1134e83_640

    Oxunma sayı (15)

Pin It

Şərh üçün bağlıdır.