Baş Prokurorluğun mətbuat xidmətinə yeni – TƏYİNAT

Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edilib.

Oxu.Az-ın məlumatına görə, Baş Prokurorluğun veb-saytında “KİV-lə əlaqələrə görə məsul şəxslər” bölməsində bununla bağlı dəyişiklik edilib.

Dəyişikliyə görə, Baş Prokurorluğun mətbuat xidmətinin yeni prokuroru Zeynalov Kənan Fikrət oğludur.

Yeni təyinatı Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Oxu.Az-a təsdiqləyib.

E.Sultanov bildirib ki, baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə K.Zeynalov Gəncə şəhər Prokurorluğunun müstəntiqi vəzifəsindən azad edilərək Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru vəzifəsinin icrası həvalə edilib.

    Oxunma sayı (6)

Pin It

Şərh üçün bağlıdır.