Tanınmış aktyorun oğlu intihar etdi FOTO

Amerikanın tanınmış aktyoru David Labravaya faciə üz verib.

BAKU.WS xəbər verir ki, aktyor “Instagram” hesabında oğlunun ölüm xəbərini paylaşıb. 55 yaşlı aktyor bildirib ki, oğlu intihar edərək həyatına son qoyub.

“Heç ağlıma gəlməzdi ki, belə bir paylaşım edəcəyəm. Bu mənim oğlum Tuchudur. Bir neçə gün öncə 16 yaşı tamam olub. O, ad günündən sonra intihar etdi. O, uşaqlıqdan çox mehriban və şən uşaq idi. Depresiyada olduğunu bilmirdik”, – deyə aktyor yazıb.

David Labrava valideynlərə məsləhət də verməyi unutmayıb: “Bağışla oğlum, səni qoruya bilmədim. Problemlərini əvvəldən görmədim. Siz çalışın övladlarınızın problemlərilə maraqlanın. Hətta ilk baxışdan uşaqlarda problem müşahidə olunmasa belə, onları nəzarətsiz buraxmayın”.
1526114729_unlu-oyuncu-david-labrava-nin-16-yasindaki-oglu-10840173_3321_m

1526114649_unlu-oyuncu-david-labrava-nin-16-yasindaki-oglu-10840173_8149_m

    Oxunma sayı (16)

Pin It

Şərh üçün bağlıdır.