Aşıq Azər vəfat etdi

Region xəbərlərinə istinadən Azərbaycanın ustad aşıqlarından olan aşıq Xanların oğlu aşıq Azər Xanlaroğlu dünyasını dəyişib.

Regionxeberleri.com-un BakuPost-a istinadən məlumatına görə, aşıq Azər bu gün səhər saatlarında müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında keçinib.

Qeyd edək ki, o, 1 həftə əvvəl səhhətində yaranan problemə görə özəl klinikalardan birinə yerləşdirilib. Dünən axşam saatlarında isə aşığın vəziyyəti kritik həddə çatıb və komaya düşüb.

A.Xanlaroğlu hepatit xəstəliyindən əziyyət çəkirdi.

    Oxunma sayı (16)

Pin It

Şərh üçün bağlıdır.