Bir gündə iki rayonda qətl törətdi – YENİLƏNİB

Sabirabad və Saatlı rayonlarında iki nəfərin qətlə yetirilməsinin səbəbi açıqlanıb.

Oxu.Az-ın “Report”a istinadən xəbər verir ki, qətlə səbəb Teymur Sadıqov və Kamran Yaqubovun Firqət Əliyevi söyməsi olub.

12:25

Saatlı və Sabirabad rayonlarında bıçaqlanma nəticəsində iki nəfər öldürülüb.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, Saatlı rayonunun Sarıcalar kəndində, dəmir yolu stansiyası ərazisində Yaqubov Kamran Etimad oğlu bıçaqla qətlə yetirilib.

Sabirabad rayon sakini, 1971-ci il təvəllüdlü Sadıqov Teymur Əlihüseyn oğlu da bıçaqlanaraq öldürülüb.

Hər iki qətli Əliyev Dilqəm Əliabbas oğlunun törətdiyi bildirilir.

Fakt üzrə rayon prokurorluqları tərəfindən cinayət işi açılıb, təhqiqat aparılır.

    Oxunma sayı (12)

Pin It

Şərh üçün bağlıdır.