Türkiyədə hərbçilər kütləvi həbs edilir

Fətullahçı terror təşkilatına (FETÖ) üzvlükdə ittiham olunan Türkiyə Silahlı Qüvvələrinin 300 hərbçisinin həbsi ilə bağlı qərar verilib.

Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, onlardan 211-i yüksək rütbəli zabitdir.

Məlumatlara görə, mayın 11-i, yerli vaxtla 04:00-da (Bakı vaxtilə 05:00-da) ölkənin müxtəlif yerlərində əməliyyatlar keçirilib.

Qeyd edilib ki, artıq 150 nəfər saxlanılıb. Qalan şəxslərin tutulması üçün əməliyyat davam edir.

    Oxunma sayı (8)

Pin It

Şərh üçün bağlıdır.