Azərbaycanda mikroavtobus avtomobillə toqquşdu – 13 nəfər yaralandı

Bakı-Qazax yolunda mikroavtobus minik avtomobili ilə toqquşub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Astafa rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qazax-Ağstafa marşrutu ilə işləyən “QAZel” markalı mikroavtobusla “Opel” markalı avtomobilin toqquşması nəticəsində 13 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

    Oxunma sayı (5)

Pin It

Şərh üçün bağlıdır.