Azərbaycanlı döyüşçü dünya çempionu oldu – FOTO

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Bəxtiyar Abbasov növbəti beynəlxalq titulunu qazanıb.

Oxu.Az xəbər verir ki, 33 yaşlı idmançımız MMA GEFC Global (Grand European Fighting Championship) dünya çempionu tituluna yiyələnib.

O, bu uğura Bakıda, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş MMA üzrə beynəlxalq turnirdə imza atıb.

Səksən dörd kiloqram çəki dərəcəsində çıxış edən B.Abbasov kəmər uğrunda döyüşdə braziliyalı Joze Eudes Tavareslə qarşılaşıb. Beş raundluq döyüşün ilk dəqiqələrindən üstünlüyü ələ alan idmançımız döyüşü vaxtından əvvəl qələbə ilə başa vurub. O, dördüncü raundda texniki nokautla qalib gəlib və dünya çempionu adına sahib çıxıb.

“Qəbələ”nin daha bir idmançısı turnir çərçivəsində qüvvəsini sınayıb. Yetmiş kiloqram çəki dərəcəsində çıxış edən Hüseyn Əliyev Qazaxıstan idmançısı Aybek Nurseitlə üz-üzə gəlib. Bərabər mübarizə şəraitində keçən üç raundluq reytinq döyüşü heç-heçə ilə yekunlaşıb.
15256509435864750657_1000x669

15256509432048815693_1000x669

    Oxunma sayı (1)

Pin It

Şərh üçün bağlıdır.