Arda Turan hakimə hücum etdi – FOTO

Türkiyənin “Başakşehir” futbol klubunun oyunçusu Arda Turan hakimə hücum edib.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Başakşehir” öz meydanında “Sivasspor”u qəbul edib.

Arda Turan sonradan oyuna çıxıb. Ancaq oyundakı bir situasiya onu özündən çıxarıb.

Öz evində xal itkisi yaşamaq Arda Turana ağır təsir edib və o, hakimi itələyib.

Bundan sonra hakim qırmızı kartla onu meydandan qovub.

Onun ən az dörd oyunluq cəza alacağı gözlənilir.
arda_turan_cilgina_dondu_agir_ceza_yolda_1525462707_9115

arda 2

arda

    Oxunma sayı (7)

Pin It

Şərh üçün bağlıdır.