ERMƏNİ HAVADARLARINA BƏRDƏDƏ DUR DEYƏN OLACAQMI.?

20180421_144802

20180427_141657

20180427_220124

Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev cənablarına.
Cənab Prezident! Sizi yenidən prezident seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir,sizə uzun ömür can sağlığı və işlərinizdə müvəffəqiyətlər arzu edirik.
Cənab prezident! Biz AAR İnfo.az informasiya Agentliyi olaraq sizin daxili və xarici siyasətinizi daim dəstəkləmişik.Sizin siyasətiniz nəticəsində Respublikamız 2003-cü ildən bütün sahələr üzrə olduğu kimi informasiya sahəsindədə uğurlar qazanaraq informasiya blakadasını yararaq səsimizi dünyanın ən nüfuzlu ,yüksək tribunalarından səsləndirərək haqq səsimizi bütün dünyaya çatdıraraq xeyli uğurlar əldə etmişik.
Cənab Prezident! Bu başqa cürdə ola bilməzdi.Çünki siz Ulu öndərimiz Heydər Əliyevin yetirməsi və onun layiqli davamçısınız.
Cənab Prezident! Biz jurnalistlər daim sizə arxalanaraq vətənimiz ,xalqımız naminə gördüklərimiz neqativ halların arxasında kimlərin durmasından asılı olmayaraq həmin neqativ halları işıqlndırmağa çalışmışıq.
Cənab Prezident! Bərdə şəhərindən könüllü olaraq vətənimizin müdafiyyəsi uğlunda silaha sarılaraq döyüşlərə atılmış Elçin Səlim oğlu Əsədov 30 yanvar 1994-cü ildə Qaradaşlı kənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına Vətən yolunda şəhid olmuşdur.Bundan sonra Bərdə şəhərindəki küçələrdə biri şəhid olmuş E.Əsədovun adına verilib və həmin küçədə E.Əsədovun adını əks etdirən lövhədə asılmışdır.
Ancaq buna baxmayaraq həmin küçədən işləyən 1; 2 və 3 nömrəli şəhər arası avtobusları şəhid E.Əsədovun adını deyil avtobusların ön və yan şüşələrindən Azərbaycan xalqına qarşı soyqrım həyata keçirmiş 26 –lar sözünü yazmışlar.Bu isə əhali arasınada haqlı narazılıqlara səbəb olsada Bərdə RİH-i və Nəqliyyat Departamentinin Yevlax regional və onun Bərdədəki nümayəndələrinin vecinədə deyil.Biz öz saytımızda 22.04.2018-ci ildə bununla bağlı bir yazı dərc etdik. Bu yazıdan sonra avtobusların bir qismi 26-lar sözünü götürsələrdə digər bir qismi olduğu kimi saxlayır.
Cənab Prezident! Bakıda 26 restoranında baş verən olayla bağlı sabiq Bakı şəhər meri H.Abıtalıbov çıxış edərkən haqlı olaraq həmin adamları erməni havadarları adlandırmışdır.
Cənab Prezident! H.Abıtalıbovun təbilincə desək Bərdə şəhərində erməni havadarlarının təmizlənməsinə göstəriş verməyinizi redaksiyamız adından sizdən xahiş edirik.

    Oxunma sayı (143)

Pin It

Şərh üçün bağlıdır.