Bərdədə bıçaqlanma hadisəsi baş verib. Bıçaqlanma videosu

Samo1

Bərdə. 24 aprel. REPORT.AZ/ Bərdə şəhərində bıçaqlanma hadisəsi baş verib.
“Report”un yerli bürosunun məlumatına görə, hadisə “Yeni qəsəbə” adlanan ərazidə qeydə alınıb.
İsmayılov Şamo Yusif oğlu işlədiyi dönərxananın qarşısında dalaşan iki nəfəri ayırmaq istəyib. Bu zaman dalaşanlardan biri – Bərdə şəhəri Türkman kənd sakini, Zöhrab adlı şəxs ona ürək nahiyəsindən bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib.

    Oxunma sayı (75)

Pin It

Şərh üçün bağlıdır.