erməni havadarları BƏRDƏDƏ

31081677_1693942600699516_2919569483347525632_n

20180419_074140

20180419_074158

Bakı şəhərində yazıçılar birliyinin binasının bir hissəsində 26-lar restoranında baş verənlər yəqinki hamımıza məlumdur.
Bildiyimiz kimi 26 Bakı komsarı və onların rəhbəri Stepan Şamyan Azərbaycana qarşı soyqrım həyata keçirmişlər.Bütün bunlara baxmataraq bəzi üzdən iraqlar utanmazcasına hələdə 26-lar adından istifadə edirlər.Bu hadisələr isə iştimayyət və tarixçilər tərəfindən haqlı narazılıqlara səbəb olmuşdur.Bakı şəhəri İcra Hakimiyyətinin sabiq Başçısı H.Abıtalıbov isə həmin şəxsləri haqlı olaraq erməni havadarları adlandırmış və həmin restoranın fəaliyyətinə son qoyulmuşdur.
Bildirmək istəyirəm ki,Bərdə şəhərində baş verənlər heçdə Bakı Şəhərində baş verən bu hadisədən heç nə ilə fərqlənmir.Beləki Bərdə şəhərində fəaliyyət göstərən şəhər arası işləyən 1; 2 və 3 nömrəli maşrutlar Şəhid-Elçin Əsədov küçəsindən keçərək şəhəri özlərinə aid xətt üzrə hərəkət edirlər . Maraqlı olan budur ki,küçədə şəhid Elçin Əsədovun adı illərdir lövhədə göstərilsədə 1; 2 və3 nömrəli mikro avtobusların ön və yan görüntülərindən müstəqilliyimiz uğrunda şəhid olmuş Elçin Əsədovun adı deyil Azərbaycan xalqını soyqırıma məruz qoymuş 26-lar yazılmışdır.Bu adamlar heç olmasa Bakı şəhərində 26 -lar restoranında baş verənlərdən utanmaq əvəzinə o hadisədən sonra da bu günə qədər öz çirkin əməllərini davam etdirlər.Görəsən Nəqliyyat Departamentinin Yevlax regional və onun Bərdədəki nümayəndələri hara baxırlar ?
Görəsən 1; 2 və 3 nömrəli xəttin sahibkarları kimə və nəyə arxayındılar?Bakıda baş verənlərə H.Abıtalıbov reaksiya verdi və haqlı olaraq restoranın fəaliyyətini dayandırmaqla yanaşı onları layiq olduqları adla çağırdı.Erməni havadarları.Görəsən Bərdədə baş verənlərə Bərdə RİHB-ı V.İsayev necə reaksiy averəcək?
Xatırladım ki,1-nömrəli avtobusdan əsasən məcburi köçkünlər, yəni ermənilər yurd-yuvasından didərgin salmış məcburi köçkünlərin istifadə etdiklərini nəzərə alsaq bu dəhşətdir.Son dayanacaqda iki köçkün qəsəbəsi yerləşir 866 və588 mənzilli qəsəbələr.
Hadisəni nəzarətdə saxlayacağıq.

20180421_162023

20180419_075056

20180421_144802

    Oxunma sayı (178)

Pin It

Şərh üçün bağlıdır.