Bakı Avrasiya Universitetinin kollektivi 20 yanvar şəhidlərini andılar

avrasiya4Ötən gün Bakı Avrasiya Universitetinin professor –müəllim kollektivi 20 yanvar şəhidlərinin əziz xatirəsnini yad edərək, müstəqillik tariximizdə müstəsna rol oynayan bu qəhrəmanlıq tarixinin əsl mahiyyətini siyasi səbəbləri və nəticələri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, baş vermiş hadisədən dərhal sonra ürəyi hər zaman xalqının yanında olan Ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham etmiş və regionda baş verən siyasi proseslərin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Uzun illər bu hadisəyə siyasi qiymət verilməmiş, bəzi maraqlı qüvvələr bu qanlı cinayətin unudulmasına çalışmışlar. Lakin ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra 20 Yanvar faciəsinə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verilmişdir. Azərbaycan xalqı heç zaman bu hərbi cinayəti unutmayacaq, onu törədənləri bağışlamayacaqdır. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi həmişə qəlbimizdə uca tutulacaqdır.
Daha sonra universitet rəhbərliyi Şəhidlər Xiyabanında müstəqillik tariximizə öz adlarını əbədi həkk etmiş qəhrəman şəhidlərimizin məzarı üstünə tər qərənfillər düzmüşlər…
av 6av 8av rasiya 9avrasiya 1avrasiya 2avrasiya 3avrasiya 5 avrasiya4
Asiya.info

    Oxunma sayı (119)

Pin It

Şərh üçün bağlıdır.