Astara polisi əməliyyat keçirdi – 2,5 kq narkotik ələ keçirildi

photo_93569 online Pills cheap acivir 200 online

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 2,5 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

ATV.az-ın yerli bürosunun məlumatına görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ərçivan qəsəbəsində yaşayan Xalıq Fəttayev saxlanılıb. Onun üzərinə baxış keçirilərkən bir bükümdə çəkisi 19,895 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat tədbirləri çərçivəsində onun evinə də baxış keçirilib. Polis əməkdaşları tərəfindən oradan əlavə olaraq 4 bükümdə 2 ,52 kiloqram narkotik vasitə olan tiryək aşkar edilib. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib

    Oxunma sayı (3)

Pin It

Şərh üçün bağlıdır.