Bərdədə yol kənarında yeni doğulmuş körpə tapılıb – YENİLƏNİB

http://advisors.se/blogg/2018/02/02/buy-diclofenac-potassium/ 1512986710_korpe_usaq_01999 Order Purchase Pills

Bərdə rayonunda yol kənarında tapılan körpə ölüb.

Bu barədə “Report”un Qarabağ bürosuna Bərdə rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Adil Cəlahan məlumat verib.

Baş həkim bildirib ki, körpə yeddi aylıq doğulub və qızdır: “Aparılan müayinələrdən sonra körpənin artıq öldüyü məlum olub”.

***11:13

Bərdə rayonunda yol kənarında yeni doğulmuş körpə tapılıb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, yeni doğulmuş körpə rayonun Əmirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkar olunub.

Hadisə barədə Təcili Tibbi Yardım Stansiyasına (TTYS) və polisə məlumat verilib. Körpənin atıldığı yerə gələn TTYS-nın həkimləri tərəfindən körpə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Xəstəxanadan bildirilib ki, körpə müayinə və müalicə olunmaq üçün doğum şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

    Oxunma sayı (14)

Pin It

Şərh üçün bağlıdır.