“Müğənni qızla ailə qurmaq bizim ailəyə uyğun deyil” – QALMAQAL

Pills Order 1517384793_1517383390_0001 Order Purchase Buy

Azərbaycanlı müğənni Elçin Hüseynov şou-biznesdə müzakirələrə səbəb olacaq açıqlama verib. Regionxeberleri.com – un Lent.az-a istinadən məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, oğlanları gələcəkdə müğənni qızla ailə qura bilməz, bu, onun ailəsinə, nəslinə uyğun addım deyil:

“Şübhəsiz ki, razı olmaram. Niyə? Hər bir ailənin öz qayda-qanunları var. Mən demirəm ki, müğənni ilə qəti ailə qurmaq olmaz. Amma açıq deyim, bizdə bu olmaz. Biz 8 övlad valideynlərimizin məsləhəti ilə ailə qurmuşuq. Bugünkü gündə də nəslimizin bir ağsaqqalı var. Ailə, nəsil kiçik bir dövlətdir. Bu dövlətin də rəhbəri olur. O rəhbərin düzgün məsləhəti, yolu olmasa, olmaz. Qardaşımın, bacımın övladlarına məsləhəti mən verirəm. Aralarında ailə quranları da var. Onların da məsləhətini mən vermişəm. Ona görə də müğənni qızla ailə qurmaq bizim ailəyə, xarakterə uyğun deyil. Şou aləmində müğənni ilə ailə quranlar da var. Yəni burda qəbahət bir şey görmürəm. Amma bu, bizim ailəyə, qayda-qanunlarımıza uyğun deyil”.

E.Hüseynov bildirib ki, övladlarının gələcəkdə musiqi sahəsində olmasını istəməz: “Dörd övladım var. 2 qız, 2 oğlan. İndi 100% qəti deyə bilmərəm ki, gələcəkdə oğlanlarımdan hansısa musiqi sahəsində olmasın. Bu, Allahın qismətidir. Amma çalışacam ki, bu sahədə olmasınlar. Niyə? Bu sahə hörmətli sahədir, mən nə etmişəmsə, müğənniliyim sayəsində etmişəm. Amma çox çətin sənətdir. Heç bir valideyn istəməz ki, övladı çətinlik görsün. Bu sahə çox çətin sahədir. Rəhmətlik atam da istəməzdi ki, övladları çətinlik görsün. Onu da deyim ki, hər bir ailənin öz qayda-qanunları var. Hər bir insanın xarakteri necədirsə, öz ətrafı da elə olur. Bizim xarakterimizə uyğun olmayan bir şeylər də var. Ona görə də övladlarımın musiqi sahəsində olmasını istəmirəm”.

Cheap Pills

    Oxunma sayı (6)

Pin It

Şərh üçün bağlıdır.