“Atletiko”nun Bakıya gələcəyi vaxt açıqlandı

atletiko

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində növbəti rəqibi olan “Atletiko”nun səfər proqramı müəyyənləşib.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakıya oktyabrın 16-da çarter reysi ilə gələcək madridlilər oyun bitən kimi – oktyabrın 18-dən 19-na keçən gecə geri dönəcək.

Dieqo Simeonun komandası paytaxtımızda ilk və son məşqini oktyabrın 17-də “Qarabağ”la üzləşəcəyi Bakı Olimpiya Stadionunda edəcək.

    Oxunma sayı (2)

Pin It

Şərh üçün bağlıdır.