Prezident İlham Əliyev voleybol üzrə milli komandamızın oyununu izləyir

2017_ilham_aliyev_01

Oktyabrın 1-də qadın voleybolçular arasında Avropa çempionatında bürünc medal uğrunda görüş keçirilir.

Çempionatda bürünc medal uğrunda görüşdə Azərbaycan və Türkiyə yığmaları qarşılaşırlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev voleybolçularımızın oyununa baxır.

Qızıl medal uğrunda görüşdə isə Serbiya və Niderland milliləri üz-üzə gələcəklər.

Sentyabrın 30-da qadın voleybolçular arasında Avropa çempionatının yarımfinal görüşləri keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən ilk oyunda Azərbaycan milli komandası finala vəsiqə uğrunda Niderland yığması ilə qarşılaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri komandamızın oyununa baxıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən birinci setdə inamlı oyun nümayiş etdirən Azərbaycan voleybolçuları 25:20 hesabı ilə qalib gəliblər. Niderland yığması ikinci seti öz xeyrinə başa vuraraq (19:25) hesabı bərabərləşdirib – 1:1. Qarşılaşmanın üçüncü seti də Niderland voleybolçularının üstünlüyü ilə başa çatıb – 19:25. Milli komandamız dördüncü setdə hesabda böyük fərqlə geri olsa da, yüksək əzmkarlıq göstərərək 27:25 hesabı ilə qələbə qazanıb. Oyunda hesab bərabərləşdiyindən (2:2) matçın qalibi tay-brekdə məlum olub. Tay-brekdə 12:15 hesabı ilə qalib gələn Niderland millisi finala vəsiqəni təmin edib.

Beləliklə, Azərbaycan yığma komandası Avropa çempionatında mübarizəni üçüncü yer uğrunda davam etdirəcək. Üçüncü yer uğrunda görüş oktyabrın 1-də keçiriləcək.

    Oxunma sayı (1)

Pin It

Şərh üçün bağlıdır.