Məşhur “Feliçita” mahnısı “Qarabağ”ın şərəfinə dəyişdirildi – VİDEO

1506517596_1506516675_0001

“Qarabağ” futbol klubunun şərəfinə məşhur “Feliçita” mahnısının sözləri dəyişdirilərək azərbaycan dilində səsləndirilib.
Regionxeberleri.com Publika.az – a istinadən xəbər verir ki, mahnının sözləri Fuad adlı şəxsə, səsləndirilməsi isə Sənan Nağıya məxsudur. “Qarabağım” mahnısı “Roma”- “Qarabağ” oyunundan öncə komandaya dəstək məqsədilə hazırlanıb.
Video Sənan Nağının yutub kanalında paylaşılaraq çoxsaylı istifadəçilər tərəfindən dinlənilib.
“Feliçita”nın “Qarabağım” kimi dəyişik verisyasını təqdim edirik:
Qarabağım!
Varlığım mənim, həyatım mənim – Qarabağım!
Səninlə sevginlə fırlanır dünya – Qarabağım!
Sənin üçün yaradıb sənin üçün yaşayıram,
Qarabağım, Qarabağım!!!
İlhamım mənim, sevincim mənim – Qarabağım!
Həyat səninlə al-əlvandır – Qarabağım!
Sənin sevdanla açılır səhərim Qarabağım,
Qarabağım, Qarabağım!!!
Cənnətin özü, dünyanın gözü – Qarabağım!
Sirin sözüm, gülən üzüm – Qarabağım!
Aşiqəm sənə, eşqim mənim Qarabağım, Qarabağım!
Qurban adına, kürən atına, İsa bulağına,
Güllərin gözəli Xarı bülbülünə.
Cahan gözəl üzük, sənsə o üzüyün mirvarisi
Sən Vətənlər Vətəni – Qarabağım!

    Oxunma sayı (14)

Pin It

Şərh üçün bağlıdır.