Bakıda iki qadını bıçaqlayan şəxs tutulub

085ba9f7da7fec3481339fdfb783b077

Bakı şəhərində iki qadını bıçaqlayan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 30-da Bakı şəhər sakinləri Vüsalə Salmanovaya və Elnarə Mikayılovaya bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini Şəhriyar Əlizadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

    Oxunma sayı (4)

Pin It

Şərh üçün bağlıdır.